2023-cü ildə Azərbaycanın valyuta bazarında 33,3 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
"İki sahil" Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 9,5 % azdır.
İllik əməliyyatların 29,5 milyard ABŞ dolları nağdsız, 3,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 6,9 % və 25,5 % azdır.
Nağdsız valyuta əməliyyatlarının 79 %-i ABŞ dollarında, 21 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,9 %-i ABŞ dollarında, 16,1 %-i digər valyutalarda baş tutub.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb