"Bu ilin ikinci yarısından Bakı Limanı ilə Gürcüstan limanları arasında blokçeyn texnologiyasının tətbiqi nəzərdə tutulur. Bu, konteynerlərin sayının artmasına kömək edəcək".
“İki sahil” xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının departament müdiri Xudayar Həsənli Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə bildirib.
O bildirib ki, Orta Dəhlizin inkişafı üçün infrastruktur imkanlarını təkmilləşdirilməlidir: "İnfrastruktur potensialı imkan vermədikdə rəqəmsallaşma və təkmilləşdirmə işləri Çindən daha çox yükün cəlb edilməsinə kömək etməyəcək. Biz Bakı Dəniz Ticarət Limanı olaraq fəaliyyətimizi genişləndirəcəyik və yükdaşıma imkanlarımızı artıracağıq".
Xatırladaq ki, bu gün Gürcüstanın paytaxtı Tbilisidə Dünya Bankının bu yaxınlarda dərc etdiyi “Orta ticarət və nəqliyyat dəhlizi: Yüklərin üç dəfə artırılması və daşınma müddətini yarıya endirmək üçün siyasətlər və investisiyalar” adlı tədqiqata həsr olunmuş regional tədbir keçirilir. Tədbirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan və Ermənistanın hökumət nümayəndələri, eləcə də dövlət müəssisələrinin, özəl sektor və beyin mərkəzlərinin təmsilçiləri iştirak edir, Dünya Bankının araşdırmalarının əsas nəticələri müzakirə edilir.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb