28 fevral 2024 08:08
266

Laçın sakini: Ali Baş Komandanın rəhbərliyi ilə öz yurdumuza geri dönürük

Bu gün biz laçınlılar Ali Baş Komandanın müdrik siyasəti nəticəsində onun rəhbərliyi ilə öz yurdumuza geri dönürük.

“İki sahil” xəbər verir ki, bunu Laçın şəhərinin sakini Cavanşir Musayev deyib.

Onun sözlərinə görə, 72 yaşında Laçına geri dönür. Laçını ağrı-acılarla tərk edib. Hazırda isə xoş əhval-ruhiyyə ilə doğma yurda qayıdır.

"Biz bu günləri, geri qayıdacağımızı gözləmirdik. Ən əsası Xankəndinin öz doğma sahiblərinə qaytarılması idi. Bu bizim Azərbaycan tarixində inanılmaz qələbə sayılır. Ali Baş Komandanımız var olsun. Bizə bu günləri yaşatdığı üçün Prezidentimizə, Milli Ordumuza öz təşəkkürümüzü bildiririk", - deyə o qeyd edib.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.