28 fevral 2024 08:16
257

Sakin: Laçını yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik

"Bu gün bizim üçün çox sevindirici, ən gözəl gündür. Laçından gənc yaşımda çıxmışam. İndi doğma yurduma qayıtmağın sevincini yaşayıram".

“İki sahil” xəbər verir ki, bu sözləri erməni işğalından azad edilən Laçına geri qayıdan Solmaz Kərimova deyib.

Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyən Laçın sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə də minnətdarlığını bildirib.

Bu gün doğma obasına qayıdarkən burada öz həmvətənlilərini gördükcə sevinc hissi yaşadığını söyləyən K.Solmaz deyib ki, onlar Laçında birlikdə qurub-yaradacaqlar. “Doğma yurdumuzda hər bir işi görməyə hazırıq. Uzun illərin həsrəti bitir. Laçını yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik”, - deyə o qeyd edib.