28 fevral 2024 09:52
294

Neftin qiyməti azalıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,33% azalaraq 1 barelə görə 82,39 dollar təşkil edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,34% azalaraq 78,6 dollar olub.