Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maliyyə texnologiyaları şirkəti “Haifin” Azərbaycan bazarına daxil olmaq istəyir.
Məlumata görə, “Haifin” blokçeyn əsaslı faktura yoxlama platformasını yeni bazarlarda tətbiq etməyi planlaşdırır. Platforma dublikat ticarətin maliyyələşdirilməsi sorğularını aşkarlamağa kömək edir.
“Hayfin”in CEO-su Zul Javaid bildirib ki, ötən il 13 BƏƏ bankı platforma vasitəsi ilə 120 milyard dinar (32,7 milyard ABŞ dolları) məbləğində əməliyyatları yoxlayıb.
"Ümumilikdə isə platforma ilə indiyə qədər 200 milyard dinar məbləğində əməliyyat yoxlanılıb. Platforma bankların gözləntilərini aşıb, yüksək məbləğdə təkrarlanan maliyyə sorğularını müəyyənləşdirib. Hazırda, platformanın Oman, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi bazarlarda tətbiqi hədəflənir. Bundan başqa, Pakistan, Azərbaycan, Gürcüstan və Cənubi Afrika ölkələri şirkət üçün potensial bazarlardandır",- deyə o qeyd edib.
“Report”
Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi xanım Vladanka Andreyeva arasında görüş keçirilib
Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan və Oman aqrar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalaya bilər
Bu ilin dekabrın 15-dək “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib