Manatın dövretmə sürəti son 9 ilin ən aşağı həddinə düşüb. Belə ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin fevral ayının 1-nə Azərbaycanın milli valyutası olan manatın dövretmə sürəti 3,20 bənd təşkil edib. Bu göstərici 2024-cü ilin yanvar ayının 1-i ilə müqayisədə 0.28 bənd, 2023-ci ilin fevral ayının 1-nə nisbətən isə 0.82 bənd azalıb.

Dövretmə sürətinin aşağı enməsinin səbəbi nədir? Bu manatın digər valyutalar qarşısında dəyərinə necə təsir edəcək?
İqtisadçı Eldəniz Əmirov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, manatın dövretmə sürətinin azalması yaxşı bir hal deyil: “Bu proses bir neçə faktordan qaynaqlanır. Burada təbii ki, inflyasiyanın, monetar siyasətin, kredit resurslarının idarə edilməsinin, eyni zamanda, proseslər nəticəsində baş verən iqtisadi aktivliyin öz rolu və təsiri var. İqtisadi aktivlik yuxarı olarsa, iqtisadiyyatın real sektorunda bilavasitə dövriyyə artır. Bu isə birbaşa manatın dövriyyəsindən qaynaqlanır”.
E.Əmirovun sözlərinə görə, manatın digər valyutalar qarşısında dəyəri bilavasitə Mərkəzi Bank tərəfindən inzibati yolla təyin olur: “Biz Mərkəzi Bankın dollar satışını hərrac adlandırsaq da, bu əslində satışdır. Belə ki, Mərkəzi Bank qiymət qoyur və onu satır. Düşünürəm ki, Mərkəzi Bank inzibati, daha dəqiq desək, konkret təyinetmə metodu ilə manatın məzənnəsini müəyyənləşdirdiyi üçün heç bir halda Mərkəzi Bankın iradəsindən kənar manatın məzənnəsinə təhdidlər yoxdur”.
Sayalı Abasova, “İki sahil”
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb