Rəsmi İrəvan xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma ilə azan hərbi qulluqçunun tez bir zamanda geri qaytarılması üçün Ruslan Pənahovu Azərbaycana təhvil verilməsinə qərar verib.
“İki sahil” xəbər verir ki, bu bardə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Ermənistan tərəfi isə şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib.
Kamaləddin Qafarov: “Ordumuz soyqırımı qurbanlarının və şəhidlərin qisasını döyüş meydanında aldı”
31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixi yaddaş və həqiqətlərin dünyaya çatdırılması