Kənd Təsərrüfatı Nazirliyi tərəfindən işğaldan azad edilən ərazilər üzrə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Xocalı, Xocavənd, Zəngilan və Tərtər rayonlarının müvafiq ərazilərində fəaliyyət göstərən 18 kənd təsərrüfatı məhsul istehsalçısına 73.5 min hektar sahədə becərdikləri əkinlərə və çoxillik əkmələrə görə, dövlət büdcəsinin vəsaiti hesabına 16701.3 min manat məbləğində əkin subsidiyası verilib.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd olunur ki, Tərtər rayonunun Çaylı kəndi ərazisində və Xocavənd rayonunun Məmməddərə kəndi ərazisində salınmış meyvə bağları üçün Aqrar Kredit və Inkişaf Agentliyin vəsaiti hesabına ümumi dəyəri 2,75 mln. manat olan 2 dəst damlama suvarma sistemlərinin alışının maliyyələşdirilməsi məqsədilə 1044,1 min manat məbləğində güzəşt, Qubadlı rayonu Xanlıq kəndi ərazisində ümumi dəyəri 322,5 manat olan 14 dəst pivot suvarma sisteminin alışının maliyyələşdirilməsi məqsədi ilə 999,2 min manat güzəşt ayrılıb.
Hesabatda qeyd olunur ki, ümumi dəyəri 525,0 min manat olan 15 adad kənd təsərrüfatı texnikasının alışının maliyyələşdirilməsi məqsədilə 86,1 min manat məbləğində kredit və 183,5 min manat güzəşt ayrılıb.
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb