05 mart 2024 18:33
244

Viktoriya Nuland vəzifəsindən gedir

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland yaxın həftələrdə təqaüdə çıxacaq.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bəyanatında bildirib.

"Viktoriya Nuland mənə bildirdi ki, o, yaxın həftələrdə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsini tərk etmək niyyətindədir. Viktoriyanın səlahiyyət müddəti 6 Prezident və 10 Dövlət Katibinin yanında 30 ildən artıq dövlət qulluğunu əhatə edir", - bəyanatda qeyd olunub.

ABŞ dövlət katibi Nulandın diplomatik bacarıqlarını təqdir edib və onun xidmətlərinə görə təşəkkür edib.

Blinken bildirib ki, Viktoriya Nulandın yerinə yeni təyinat olana qədər bu vəzifəni dövlət katibinin idarəetmə üzrə müavini Con Bass icra edəcək.