Azərbaycandan dəmir yolu nəqliyyatı ilə 2024-cü ilin yanvar-fevral aylarında 3 milyon ton yük, 1 261,5 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2,7%, sərnişin daşınmasında isə 30,8% artım müşahidə olunub.
“Orta hesabla sutkada 363 vaqon yüklənilib, 415 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,5 min ton, Qərb istiqaməti üzrə 3,4 min ton, Cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi