İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlakın könüllü və icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətinin icbari sığortası ilə bağlı açıq tender elan edib.
“İki sahil” xəbər verir ki, tenderdə iştirak haqqı 1 500 manatdır.
İddiaçılar təkliflərini aprelin 29-na qədər Fondun Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 29-da, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib
ABB İnnovasiya Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusunu əldə etdi