Bu ilin fevral ayında Azərbaycan Türkiyənin e-ticarət lideri “Trendyol” şirkəti vasitəsilə ən çox türk malları alan ölkə olub.
“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Trendyol” şirkəti vasitəsilə türk malları alan 2-ci ölkə Səudiyyə Ərəbistanı olub.
Hesabat dövründə elektron ticarət platforması vasitəsilə xarici bazarlara ən çox köynək, paltar, idman ayaqqabları və pijama dəstləri göndərilib.
Fevralda “Trendyol” ilə Türkiyə ərazisi daxilində ən böyük ixrac İstanbul, Bursa, İzmir, Ankara və Adanaya həyata keçirilib.
Qeyd edək ki, 2023-cü ilin may ayından etibarən “Trendyol” mikro ixrac həlləri vasitəsi ilə 85 min satıcını ixracatçıya çevirib və 149 min məhsulun xaricə çatdırılmasına kömək edib.
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib
2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama