Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasından tranzit keçməklə yük gətirən “Reno” markalı yük nəqliyyat vasitəsinə Naxçıvan Baş Gömrük İdarəsinin “Naxçıvan Karqo Terminal” gömrük postunda gömrük baxışı keçirilib.
“İki sahil” xəbər verir ki, baxış zamanı nəqliyyat qaiməsində qeyd olunmayan 1270 kiloqram qarışıq ərzaq, müxtəlif qab-qacaq və mətbəx ləvazimatları, məişət əşyaları, tikinti materialları, eləcə də 16600 ədəd aksiz markası olmayan “Milano” markalı siqaret aşkar edilib.
Əlavə olaraq qaimədə qeyd edilən 2000 kiloqram fındıq yükü də nəqliyyat vasitəsində aşkarlanmayıb.
Kənd Təsərrüfatı Nazirliyində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib
Yanvar-avqust aylarında Azərbaycan Hindistana 524 min 338 ton xam neft ixrac edib
2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama