22 mart 2024 21:52
674

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib- YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

“İki sahil”in məlumatına görə, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

***

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə ikinci hissə başlayıb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada fasilə başa çatıb.

İlk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0.

***

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə birinci hissə başa çatıb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Birinci hissədən sonra hesab açılmayıb - 0:0.

***

Bakıda Azərbaycan və Monqolustan milliləri arasında “FIFA series–Edition 2024” layihəsi çərçivəsində yoldaşlıq görüşü başlayıb.

“İki sahil” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Matçı türkiyəli referi Zorbay Küçükün rəhbərlik etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, yığmamız martın 25-də bu arenada Bolqarıstanla üz-üzə gələcək.