27 mart 2024 14:52
807

Yalnış tərbiyənin qurbanları... - PSİXOLOQDAN AÇIQLAMA

"Bir deyim var:"Uşaq evin güzgüsüdür". Bu həqiqətən belədir, bir uşaq evində sevgi, hörmət görürsə,o böyüdükcə ətrafa da sevgi ilə yanaşar, əksinə fiziki və ya mənəvi şiddət görürsə və ya yanında birilərinə hörmətsizlik olunursa, bu zaman biz ondan müsbət nəsə gözləyə bilmərik. Bəzi uşaqlar valideynlərdən qorxduqları üçün aqressiyalarını sırf digərlərinin üzərində, bəziləri isə tam əksinə daim lazımsız və bacarıqsız olduğunu düşünürək özünə fiziki və ya mənəvi şiddət göstərərlər".

Bu fikirləri "İki sahil"ə  özəl açıqlamasında psixoloq İlhamə Musaqızı söylədi. 

Psixoloqun sözlərinə görə, ümumiyyətlə uşaq nəyi eşidirsə, onu da təqlid edər. Buna görə də uşağın yanında danışılanlara diqqət etmək lazımdır ki, bu da ata-ananın borcudur. Əmi və ya dayı, baba uşağa söyüş öyrədir və valideyn müdaxilə etmirsə, bu əsasən onların günahı sayılır.

Həmsöhbətimiz diqqətə çatdırdı ki, uşaq ilk növbədə valideynin baxışından anlamalıdır nəyi etmək olar, nəyi olmaz. Valideyn tərəfindən fiziki şiddətə məruz qalan uşaqlar gələcəkdə o şiddətin yararsız olduğunu elə uşaq özü birmənalı şəkildə izah edir. Valideynlər  bu şiddətin uşaqlarda nə nədər böyük travmalara, ətrafındakılara sevgisizliyə yol açdığını göstərir. Ailə həyatı qurduqdan sonra belə onların normal düşüncə və tərbiyə metodları yalnız "kötəkdə" olur. Bu da nəsillərcə davam edir ve qeyri-adekvat insanların sayı artır. Bu yaxınlarda hər birimiz baş verən bir faciədən sarsıldıq. Ailəsinin həyatına son qoyan gənc. Təbii ki, belə hadisələr elə şiddət qurbanı olan insanların gələcəkdə törətdiyi əməllərdir. Və belə insanlar ölkəmizdə saysız qədər çoxdur. Təəssüf ki, yalnış tərbiyənin qurbanları gələcəkdə qurban verməkdə davam edirlər.

Mütəxəssis diqqətə çatdırdı ki, valideynlər körpəlikdən əgər səhvlərini ona izah edərək,  birlikdə onu düzəltməyə çalışsalar və gələcəkdə "çətin tərbiyə" termini qalmayacaq. Ama təbii ki, bütün bunlara əməl etmək lazımdır.

Psixoloq vurğuladı ki, həkim insanları müalicə edir, müəllim də bir növ həm öyrədir, həm də müalicə edir. Hər bir problemi şişirdilmiş şəkildə uşağın gözü önündə valideynlə paylaşan müəllimə uşağın heç bir inamı qalmır.

Yaqut Ağaşahqızı, “İki sahil”