28 mart 2024 11:23
217

Ağdərənin Çiləbürt kəndində 2 qumbaraatan və pulemyot aşkar edilib

Ağdərədə odlu silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "İki sahil"ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdərə rayonunun Çiləbürt kəndi ərazisindən 2 qumbaraatan və pulemyot silahının hissəsləri aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.