28 mart 2024 13:11
251

Əqli Mülkiyyət Agentliyinin ötən il əldə etdiyi gəlir açıqlanıb

Əqli Mülkiyyət Agentliyi ötən il 1 milyon 902 min 473 manat gəlir əldə edib.

“İki sahil” xəbər verir ki, bu barədə qurumun 2023-cü ilə dair hesabatında qeyd edilib.

Bildirilib ki, hesabat ilində agentliyin “Dövlət rüsumu haqqında” qanununda nəzərdə tutulan xidmətləri göstərdiyinə və hüquqi hərəkətləri həyata keçirdiyinə görə dövlət büdcəsinə 224 000 manat dövlət rüsumu köçürülüb.

Agentlik qanunvericiliklə müəyyən edilmiş xidmətlərin göstərilməsinə və digər işlərin görülməsinə görə 2023-cü ildə daxil olan xidmət haqlarının məbləği 4 760 875 manat, xərclər isə 2 858 402 manat olub. Beləliklə, Əqli Mülkiyyət Agentliyinin gəlirləri 1 902 473 manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 237 826 manat çoxdur.