28 mart 2024 15:14
249

Putin və Şröder arasında yaxşı münasibətlər Ukrayna münaqişəsini həll edə bilər?

Putin və Şröder arasında yaxşı münasibətlər mürəkkəb məsələlərin həllinə kömək edib, lakin indi Berlində belə bir iradə yoxdur.

“İki sahil” RBK-ya istinadla xəbər verir ki, bu haqda Kremldən bildirilib.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın hazırkı kansleri Şolts bir sıra ölkələrin liderləri ilə Ukraynada münaqişənin sülh yolu ilə həllini müzakirə etdiyini bildirmişdi.

Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Vladimir Putin və Almaniyanın keçmiş kansleri Gerhard Şröder arasında olan yaxşı münasibətlər mürəkkəb məsələlərin həllinə kömək edib. Berlindəki hazırkı siyasətçilərin isə belə bir siyasi iradəsi yoxdur.

“Konstruktiv şəxsi münasibətlər həmişə dövlətlərarası ünsiyyət məsələlərini həll etməyə kömək edə bilər. Bunu həm keçmiş kansler Şröder, həm də prezident Putin Şröderin ölkəsinin başında olduğu dövrdə dəfələrlə sübut ediblər. Bu amil, həqiqətən ən çətin məsələlərin həllinə və ikitərəfli münasibətlərin inkişafında mütərəqqi rol oynayıb”, - deyə Peskov bildirib.

Xatırladaq ki, Almaniyanın keçmiş kansleri Şröder hesab edir ki, onun prezident Vladimir Putinlə dostluğu Ukraynadakı münaqişənin sona çatmasına kömək edə bilər. O, bu barədə DPA-ya müsahibəsində bildirib.