28 mart 2024 15:30
277

Rusiyanı tərk edən xarici şirkətlərin itkiləri 107 MİLYARD DOLLARI ÖTÜB

Rusiyanı tərk edən xarici şirkətlərin itkiləri 107 milyard dolları ötüb.

“İki sahil” bu barədə "Kommersant"a istinadla xəbər verir ki, məbləğ şirkət hesabatlarına əsasən Reuters tərəfindən hesablanıb.

Zərərin həcmi 2023-cü ilin avqustunda son hesablamadan bəri üçdə bir artıb. “Shell”, “HSBC”, “Polymetal International”, “Yandex NV” şirkətlərinə məxsus aktivlərin 90%-ə qədər endirimlə ümumi məbləği təxminən 10 milyard dollara satıldığı elan edilib.

Qey edək ki, ötən həftə “Danone” sövdələşmədən 1,2 milyard avro dəyərində zərərlə Rusiyadakı aktivlərinin satışına icazə aldığını açıqladı.

Günel Cəlilova, "İki sahil"