Azərbaycanlı həkim ABŞ Onkoloji cəmiyyətinə üzv seçildi.
“İki sahil” xəbər verir ki, Məlhəm Beynəlxalq Hospitalın mammoloq-radioloqu, Dr. Günel Qəmbərova ABŞ Onkoloji Cəmiyyətinin üzvü seçilib. Qeyd edək ki, o cəmiyyətə üzv olan ilk azərbaycanlı radioloqdur. Dr. Günel Qəmbərova bundan sonra beynəlxalq protokollara əsasən çalışacaq.ABŞ-da təşkil olunan konfrans və seminarlarda iştirak edib, qazandığı təcrübə və bilikləri ilə pasiyentlərinə məlhəm olacaq.