29 aprel 2024 09:44
233

Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm

Bu gün biz doğma yurdumuza qayıdırıq. Bu sevinci bizə yaşadan hər kəsə, Prezidentimizə, Ordumuza təşəkkür edirəm, qazilərimizə cansağlığı, şəhidlərimizə rəhmət diləyirəm.

“İki sahil” xəbər verir ki, bu sözləri keçmiş məcburi köçkün, Füzuli sakini Roza Muradova deyib.

"Biz ora qayıtmaya bilmərik. Çünki o torpaqların azadlığı uğrunda canlarından, qanlarından keçmiş şəhidlərimiz var. Yoxsa onların ruhu bizi bağışlamaz. Gərək biz azad olunmuş ərazilərə qayıdaq ki, şəhidlərimizin də ruhu şad olsun, ailələri də sevinsin",- deyə o bildirib.