29 mart 2024 16:54
282

Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb

Sumqayıtda zavodda ölüm faktı baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb. Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Haciyev Elşən Rasim oğlunun başına iş zamanı boru düşdüyü, onun aldığı xəsarətdən öldüyü bildirilir.

Fakt araşdırılır.