29 mart 2024 17:35
275

Neymar "Barselona"ya keçmək istəyir

"Əl-Hilal"ın hücumçusu Neymar klubdan onu "Barselona"ya icarəyə verməsini istəyib.

"İki sahil" sport.es-ə istinadən xəbər verir ki, braziliyalı oyunçu zədəsini sağaltdıqdan sonra keçmiş komandasına qayıtmaq fikrindədir.

Klublar hələlik mümkün müqavilə ilə bağlı danışıqlara başlamayıb.

Qeyd edək ki, 2013-2017-ci illərdə "Barselona"da çıxış edən Neymar ötən yay PSJ-dən Səudiyyə Ərəbistanı klubuna keçib. O, bu mövsüm “Əl-Hilal”ın heyətində 5 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.