31 mart 2024 15:39
281

Kosovonun Şimali Mitrovitsa bələdiyyəsində türk dili rəsmi dil olub

Kosovonun şimalındakı Şimali Mitrovitsa bələdiyyəsində türk dilinə rəsmi istifadədə olan dil statusu verilib.

“İki sahil” xəbər verir ki, daha çox serblərin yaşadığı bölgədə bələdiyyə şurası türk dilinin rəsmi istifadədə olan dil kimi qəbul olunmasına dair qərarı səs çoxluğu ilə qəbul edib.

Türk dili əsrlərdir Kosovoda ənənəvi dil olaraq istifadə olunur. Bu addım da Kosovonun çoxmillətli və çoxmədəniyyətli bir ölkə olduğunu göstərmək üçün atılıb.

Qeyd edək ki, hazırda türk dili Kosovonun Prizren və Mamuşa bələdiyyələrində rəsmi dil, Priştina, Gyilan, Vyçitirin və Cənubi Mitrovitsa bələdiyyələrində isə rəsmi istifadədə olan dil statusuna malikdir.

Kosovoda təxminən 19 minədək türk yaşayır, təqribən 50 min insan isə türk dilində danışa bilir.