İsrail Hərbi Hava Qüvvələri (IAF) tərəfindən şənbə günündən bazar gününə keçən gecə “Hizbullah”a silah daşıdığı ehtimal edilən İran təyyarəsinə Suriya üzərində maneə törədilib.
“İki sahil” “The Times of Israel”ə istinadla xəbər verir ki, IAF qırıcıları Suriya səmasında İran təyyarəsinə yaxınlaşaraq ona istiqamətini dəyişməyi tələb edib və qısa müddət sonra bu tələb yerinə yetirilib.
Qeyd edilib ki, son aylarda IDF “Hizbullah”a silah daşıdığı ehtimal edilən bir sıra İran təyyarələrinin Suriya və ya İraq hava məkanında istiqamətini dəyişməsinə səbəb olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”