02 dekabr 2024 08:43
85

Meksikada buffet atəşə tutulub

Meksikanın Quanaxuato əyalətinin Apaseo del Qrande qəsəbəsində bufet və ətrafdakı müştərilərə silahlı hücum edilib.

“İki sahil” Meksika mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Polis qrupları qaçan təcavüzkarı tutmaq üçün əməliyyata başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hücum edənlər əvvəlcə köşkdəki insanlara, sonra isə ətrafdakı müştərilərə təsadüfi atəş açıblar.

Hücumun baş verdiyi əraziyə çoxlu sayda polis əməkdaşı göndərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”