Dünyanın ən ucaboy kişisinin və ən bəstəboy qadınının Misir ehramları fonunda fotosu
Dünyanın ən ucaboy kişisi Sultan Kosen (Türkiyə) və ən bəstəboy qadını Coti Amqe (Hindistan) Misir ehramları qarşısında fotosessiya ediblər.
AZƏRTAC Misir KİV-lərinə istinadla xəbər verir ki, 35 yaşlı Sultan Kosenin boyu 2 metr 51 santimetr, 24 yaşlı Amqenin boyu 62,8 santimetrdir. Onların adı Ginnesin Rekordlar Kitabına salınıb.
Rekordçuların səfəri Misir Turizm Nazirliyinin turizmin təşviqi idarəsinin dəvətinə əsasən reallaşdırılıb. Məqsəd ölkənin böyük turizm potensialına diqqəti cəlb etmək və ehramlar barədə müsbət imic formalaşdırmaqdır.