"Qalatasaray" - "Fənərbaxça" arasında keçirilən Super Kubok matçında "Fənərbaxça" futbolçuları meydandan çəkilib.
“İki sahil” fanatik.com.tr-yə istinadən xəbər verir ki, qarşılaşmanın 1-ci dəqiqəsində Mauro İkardi hesabı açıb.
“Qalatasaray”ın hesabda önə çıxmasından sonra əsas komandanın əvəzindən meydana çıxan “Fənərbaxça”nın U19 futbolçuları texniki heyətin göstərişi ilə meydanı tərk ediblər.
Məhərrəm Ağalaroğlu, “İki sahil”