13 aprel 2024 16:08
601

Naməlum şəxs Sidneydəki ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücum edib - VİDEO

Naməlum şəxsin Sidneyin ətrafındakı ticarət mərkəzinin ziyarətçilərinə bıçaqla hücumu nəticəsində beş nəfər həlak olub.

“İki sahil” “The Sydney Morning Herald” qəzetinə istinadla xəbər verir ki, bir uşaq da daxil olmaqla səkkiz nəfər xəstəxanaya yerləşdirilib. Avstraliyanın Yeni Cənubi Uels ştatının polisi hücum edənin öldürüldüyünü bildirib.

Hadisədən sonra ticarət mərkəzinə gələnlər təxliyə olunub, insanlara ərazidən çəkinmələri tövsiyə edilib. Yeni Cənubi Uels polisi daha sonra hücum nəticəsində beş nəfərin həlak olduğunu təsdiqləyib. İlkin araşdırmaya görə, hücum edən şəxs tək olub.

Ştatın təcili yardım xidmətinin nümayəndəsi NBC-yə bildirib ki, xəsarət alanlar arasında doqquz aylıq körpə də olub. O, bıçaq yarası ilə Sidney uşaq xəstəxanasına çatdırılıb. Ümumilikdə xəstəxanalara səkkiz nəfər çatdırılıb, onların vəziyyəti barədə hələ detallı məlumat verilməyib.