14 aprel 2024 13:44
305

"Bayer" bu gün tarixində ilk dəfə çempion ola bilər

Bu gün Almaniya Bundesliqasında mövsümün qalibi bəlli ola bilər.

“İki sahil” xəbər verir ki, "Bayer"in sona 5 tur qalmış çempionluğu rəsmiləşdirmək şansı var.

Xabi Alonsonun komandası 29-cu turun oyununda "Verder"i qəbul edəcək. Leverkuzen təmsilçisi Bakı vaxtı ilə saat 19:30-da başlayacaq matçda qalib gəlsə, tarixində ilk dəfə Almaniya çempionu olacaq.

Hazırda lider "Bayer"in 28 oyundan sonra 76, ən yaxın izləyiciləri "Bavariya" və "Ştutqart"ın isə 63 (29 oyun) xalı var. 

Qeyd edək ki, bütün turnirlərdə 42 oyundur ki, uduzmayan "Bayer" Bundesliqada ardıcıl 9 matçda qalib gəlib.