14 aprel 2024 15:08
553

Matç zamanı İNSİDENT: Messinin cangüdəni azarkeşi yerə sərdi - VİDEO

MLS-in “Sportinq Kanzas Siti” - “İnter Mayami” matçında (2:3) insident yaşanıb.

Matçın əlavə vaxtında azarkeşlərdən biri meydançaya çıxaraq Messiyə tərəf qaçıb, lakin argentinalının cangüdəni onu yerə yıxıb.

Qeyd edək ki, Messi oyunda qol vurub və məhsuldar ötürmə edib.

Kadrlar sosial şəbəkələrdə yayılıb.

Oxu.Az