15 aprel 2024 12:47
238

Peşəkar Futbol Liqasının vitse-prezidenti xəstəxanadan evə buraxılıb

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyev xəstəxanadan evə buraxılıb.

Bu barədə “İki sahil”ə qurumun media və marketinq direktoru Sənan Abdullayev məlumat verib.

PFL rəsmisi bildirib ki, Aslan Şahgəldiyev müalicəsini davam etdirir. 

Qurumun prezidenti Elxan Səmədov da fizioterapiya və reabilitasiya proseslərini davam etdirir. Bu proses önümüzdəki bir neçə ay ərzində intensiv şəkildə davam edəcək.