16 aprel 2024 09:35
164

Cəbrayılda minalar aşkarlanıb

Cəbrayıl rayonunun Hovuslu kəndi ərazisində minalar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan “İki sahil”ə verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları ərazidən 29 ədəd tank və piyada əleyhinə mina, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.