16 aprel 2024 10:44
212

"Barselona" Rafinyaya qiymət qoydu

"Barselona" futbolçusu Rafinyaya qiymət qoyub.

"İki sahil" "Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi braziliyalı vingeri 80 milyon avroya satmağa hazırdır. 27 yaşlı oyunçunun qiyməti ilə bağlı qərar Premyer Liqa klublarından 60 milyon avroluq təkliflər aldıqdan sonra verilib. Onunla maraqlanan klublar arasında "Çelsi" və "Mançester Yunayted" də var.

Bu mövsüm Rafinya 31 oyuna çıxıb, 8 qol vurub və 10 qolun ötürməsini verib.