16 aprel 2024 14:14
824

Eyni ilə Paşinyan kimi

Anti-Azərbaycan dairələrin sifarişləri ilə oturub-duran, özünü siyasətçi və müxalifətin “anası” adlandıran Əli Kərimli uzun müddət aradan sonra mitinq hayına düşüb. Adını qoyub ki, AXCP və “Milli Şura” mitinq qərarı verib. Hansı AXCP, hansı “Milli Şura”? Mitinq sifarişi verilib, özü də Əli Kərimliyə! O Əli Kərimli ki, ondan xaricdəki ağaları bir alət kimi istifadə edirlər. Eyni ilə Paşinyan kimi!

Əli Kərimlinin qərar verdiyi, daha doğrusu sifarişini aldığı mitinq kollektiv qərbin Azərbaycanda qarışıqlıq yaratmaq planlarından biridir. Bunun da səbəbləri var. Azərbaycan müstəqil dövlətdir və milli maraqları naminə müstəqil siyasət yürüdür. Bu siyasəti isə qəbul etmək istəməyən ölkə və dairələr müxtəlif vasitələrlə Azərbaycana təsir etmək yollarını axtarırlar. Belə məqamda da Əli Kərimli kimi siyasi aləti çamadandan çıxarmağa çalışırlar.

Bir anlıq düşünək. Ölkədə mitinq keçirilməsi üçün heç bir sosial sifariş, heç bir elan edilmiş seçki kampaniyası yoxdur. Belə olan halda nədir mitinq keçirilməsini zəruri edən?! Əli Kərimli 5 il ərzində niyə mitinq fikrinə düşmürdü? Çünki ona xaricdən, qrant gələn yerlərdən tapşırıq gəlmirdi. Məhz tapşırıq indi verilib. Əli Kərimli özünə hörmət edən biri olsa, siyasətçi demirəm, çünki sifariş icra edəndən siyasətçi olmur, sifarişlə oturub-durmaz. Ölkədə ictimai asayişin pozulması, hadisələrin xoşagəlməz məcraya yönləndirilməsi üçün alət olmağı qüruru, mənliyi olan heç kəs qəbul etməz. Amma Əli Kərimli bunu gözüyumulu qəbul edir.

Əli Kərimli əbəs yerə özünü yormasın! Xalqımız, cəmiyyətimiz onun kim olduğunu çox gözəl bilir və o əsla qəbul edilmir. Yəni cəmiyyət tərəfindən ona heç bir dəstək verilməyəcək. Olsun ki, Əli Kərimli bu dəfə də  20-30 manat qarşılığında ələ alınmış, aldatılımış 50-60 adamla şəhərdə hay-həşir salmağa çalışacaq. Bu isə Əli Kərimli üçün rüsvayçılıqdan başqa heç nə olmayacaq. Bəlkə qrantı da verilb, ola bilər, mitinq şousundan sonra da verilsin. Qazancı qrant olacaq, sözsüz! Əli Kərimli düşünməsin ki, ölkədə sabitliyi pozacaq, qarışıqlıq yaradacaq! Bu əsla olmayacaq! Çünki Azərbaycan dövləti Əli Kərimlinin ağaları ilə başaran bir dövlətdir! Kimdir axı, Əli Kərimli?! AXCP-ni, Milli Şuranı özü üçün “cover name” adlandıran siyasət(i)dar unutmasın ki, paslanmış alətlər heç nəyə yaramır, əksərən atılır!

Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının əməkdaşı