16 aprel 2024 17:04
223

Makron odla oynayır - XƏBƏRDARLIQ

Fransa lideri Emmanuel Makronun Kiyevə hərbi yardımı artırmaqla bağlı mesajları bir çox tərəddüdlər üzündən yöndəmsiz görünür.

“İki sahil” RT-yə istinadla istinadla xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Materialda qeyd edilir ki, Makron Ukrayna tərəfinə hərbi yardımın artırılmasını fəal şəkildə müdafiə etsə də, onun mesajları “yöndərməz” səslənir.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak və Makron Ukraynaya döyüş sursatı, pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması məsələsini müzakirə ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin rəhbəri Aleksey Polişçuk bildirib ki, Makron Ukraynaya hərbi kontingentin mümkün göndərilməsi ilə bağlı müzakirələrə başlamaqla odla oynayır.