16 aprel 2024 17:22
246

Azərbaycan voleybol çempionatı: yarımfinal mərhələsinin daha bir oyunu keçirilib

Kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

“İki sahil”in məlumatına görə, “Murov Az Terminal” və “Neftçi” komandalarının üz-üzə gəldiyi matçda birincilər 3:0 (27:25, 25:19, 25:18) hesablı qələbəyə seviniblər.

Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Komandalar arasında cavab matçı aprelin 18-də baş tutacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda “Azərreyl” MOİK-ə qalib gəlib – 3:0.