16 aprel 2024 22:35
221

"Beşiktaş" yeni baş məşqçi tapıb?

Rumıniyalı mütəxəssis Mirça Luçesku "Beşiktaş"ın baş məşqçisi olmağa hazırdır.

“İki sahil” xəbər verir ki, 78 yaşlı məşqçi Türkiyə klubunun rəhbərliyi ilə yaxın bir neçə həftə ərzində komandanın baş məşqçisi olacağı barədə razılığa gəlib. Bununla bağlı "iAM SPORT" məlumat yayıb.

O, bu vəzifədə bir müddət əvvəl qovulan portuqaliyalı mütəxəssis Fernando Santosu əvəz edəcək. Bu mövsüm o, "Beşiktaş"ın 5-ci məşqçisi olacaq. Bu, onun İstanbul klubuna ikinci qayıdışıdır.

Xatırladaq ki, Luçesku son olaraq Kiyev "Dinamo"sunda çalışıb. O, ötən ilin noyabrında istefa verib. Mütəxəssis "Qalatasaray", "Rapid", "İnter", "Zenit" kimi klublarda və Türkiyə millisində də baş məşqçi vəzifəsində çalışıb.