17 aprel 2024 09:33
132

Ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan pulemyot, tapança və qumbara götürüblər.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 16-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 pulemyot, 2 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 848 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Həmçinin polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tapança, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 28 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.