17 aprel 2024 11:26
141

Hadı Rəcəbli ilə vida mərasimi keçirilir

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilir.

“İki sahil” xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.