17 aprel 2024 15:09
227

Luis Enrike: Mbappe əvvəldən sona qədər əsl lider idi

“Matça parlaq başladıq, hücuma keçdik, lakin “Barselona” Yamalın möhtəşəm oyunu sayəsində bizə qol vurdu. Sonra rəqib 10 nəfərlə qaldı. Amma düşünürəm ki, oyun ərzində çox yaxşı idik. Bu hazır komanda gördüm. Komandamız  irəliyə doğru addım atıb”.

“İki sahil” xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəldikləri cavab oyunundan sonra deyib.

O, komandası ilə fəxr etdiyini bildirib: "Barselona"nın keçmiş baş məşqçisi kimi mənim üçün asan olmadı. Ümid edirəm ki, bu bir daha təkrarlanmaz! Mbappe əvvəldən sona qədər əsl lider idi. Vitihny, eləcə də Usman... Bu, bütün futbolçular tərəfindən fantastik oyun idi”.

Qeyd edək ki, L.Enrike 2014-2017-ci illərdə "Barselona"nın baş məşqçisi olub.