17 aprel 2024 16:01
211

Romario karyerasını bərpa etdi

Braziliya millisinin sabiq üzvü Romario karyerasını bərpa edib.

"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, 58 yaşlı veteran hücumçu prezidenti olduğu “Amerika Rio-de-Janeyro”da oğlu Romarinyo ilə bir komandada oynayacaq.

Romario minimum maaş müqabilində klubla müqavilə imzalayıb. 

“Amerika Rio-de-Janeyro” hazırda Braziliya D Seriyasında mübarizə aparır.

Qeyd edək ki, əfsanəvi futbolçu 2007-ci ildə karyerasını başa vurmuşdu. 1987-2005-ci illərdə Braziliya millisində çıxış edən Romario 70 oyuna 55 qol vurub. O, PSV, "Barselona", "Valensiya", "Flamenqo" və "Vasko Da Qama" klublarında oynayıb.