17 aprel 2024 17:02
222

Martda Çinin Rusiyaya ixracı 16% azalıb- Bloomberg

Bloomberg Çin gömrük orqanlarının məlumatlarına istinadən xəbər verir ki, mart ayında Çinin Rusiyaya ixracı 16% azalıb.

“İki sahil” xəbər verir ki, ixracın kəskin azalması ABŞ tərəfdən artan sanksiyalar təhlükəsi ilə bağlıdır.

Çin Gömrüyünün martın əvvəlində verdiyi məlumatına görə, yanvar-fevral aylarında Rusiya ilə ticarət dövriyyəsi 9,3% artaraq 37,01 milyard dollar təşkil edib.

Bloomberg agentliyi qeyd edir ki, söhbət Amerika hakimiyyətinin Rusiya hərbi-sənaye kompleksinə təchizatla məşğul olan xarici banklara qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək niyyətindən gedir.

Agentliyin hesablamalarına görə, 2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi Çinin Rusiya neftinin idxalı və avtomobil, sənaye avadanlıqları və elektronika ixracı hesabına rekord həddə 240 milyard dollara çatıb.