18 aprel 2024 09:03
146

Rusiya qalib gələrsə...

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmıhal BBC-yə müsahibəsində söyləyib.

Şmıhal amerikalı qanunvericilərin Kiyevə 60 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan qanun layihəsini qəbul edəcəklərinə dair ehtiyatlı nikbinliyini bildirib.

“Bizə bu pul dünən lazımdır, sabah yox, bu gün yox”, – Baş nazir vurğulayıb.

“Ukrayna uduzsa... Qlobal, dünya təhlükəsizlik sistemi məhv olacaq və bütün dünya yeni təhlükəsizlik sistemi axtarmalı olacaq. Çoxlu münaqişələr, çoxlu belə müharibələr olacaq və bu, sonda Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər”, – Şmıhal əlavə edib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq etmişdi.