18 aprel 2024 11:45
184

UEFA Konfrans Liqası: bu gün yarımfinalçılar müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

“İki sahil” xəbər verir ki, baş tutacaq 4 görüşün ardından yarımfinalçılar müəyyənləşəcək.

Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbağça” öz meydanında Yunanıstan klubu “Olimpiakos”la qarşılaşacaq. Səfərdə minimal fərqlə məğlub olan İstanbul nəhəngi doğma arenasında mərhələ adlamağa çalışacaq.

Həmçinin digər cütlərin də ilk görüşlərində meydan sahibləri minimalhesablı qələbə qazanıblar. Bu səbəbdən “Fiorentina”, “Lill” və PAOK öz meydanında qələbə qazanmaq məcburiyyətindədirlər.

Qeyd edək ki, yarımfinalda “Lill” – “Aston Villa” və “Fənərbağça” – “Olimpiakos” oyunlarının qalibləri, digər iki cütdə mübarizəni davam etdirəcək komandalar isə bir-biriləri ilə qarşılaşacaqlar.

UEFA Konfrans Liqası

1/4 final, cavab oyunları

18 aprel
20:45. “Fiorentina” (İtaliya) – “Viktoriya” (Çexiya)
İlk oyun - 0:0.

20:45. “Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)
İlk oyun - 1:2.

23:00. “Fənərbağça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan)
İlk oyun - 2:3.

23:00. PAOK (Yunanıstan) – “Brügge” (Belçika)