30 aprel 2024 17:10
310

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Mayın 1-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan birinciliyinə start veriləcək.

Bu barədə “İki sahil”ə Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) məlumat verilib.

Gənclər və İdman Nazirliyi ilə ASTF-nin birgə təşkil edəcəyi yarışda ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar bacarıqlarını göstərəcəklər. “Şüa" İdman Kompleksində keçiriləcək yarışda iki yaş qrupunda – 2005-2008, 2009 və daha kiçik təvəllüdlü stolüstü tennisçilər arasında çempionlar müəyyənləşəcək.

İştirakçılar komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində qüvvələrini sınayacaqlar. Fərqlənən idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.