19 aprel 2024 08:34
149

İsrailin İrana hücumu ilə bağlı məlumatlar ABŞ-ı təəccübləndirmədi

İsrailin İrana hücumu ilə bağlı xəbərlər ABŞ-ı təəccübləndirmir.

“İki sahil” xəbər verir ki, ​bu barədə Axios portalı ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, İsrail zərbə endirmək niyyəti barədə ABŞ-ı əvvəlcədən xəbərdar edib.

“Axios” qeyd etdiyi kimi, Vaşinqton ehtiyat edir ki, zərbələr mübadiləsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirmək təhlükəsi yaradır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”