22 aprel 2024 02:16
414

Meksika sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb

Meksika sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Manzanillo şəhərindən 168 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.