24 aprel 2024 17:09
272

Masallıda “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib - FOTO

Aprelin 24-də YAP Masallı rayon təşkilatı Masallı rayon Tarix- Diyarşünaslıq Muzeyində “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin eləcədə Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva müasir Azərbaycan  tarixində milli-mənəvi dəyərlərin qorunması və inkişafı prinsiplərinin banisi olan Ulu öndər Heydər Əliyev haqqında danışdı.

Yeni Azərbaycan Partiyası  Masallı rayon təşkilatının sədri  Seyfəddin Əliyev  Ümummilli liderimiz Heydər Əliyevin  Azərbaycana rəhbərlik etdiyi dövrlərdə  xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət- ənənələrinin zənginləşdirilməsinə ,eyni zamanda  gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edərək bu yolda görülən işlərdən geniş məlumat verdi. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, eyni zamanda, bu dəyərlərin ümumbəşəri dəyərlərlə sintezi və zənginləşməsi Prezident İlham Əliyevin mənəvi-mədəni inkişafa yönəlmiş siyasətinin qaynaqlarından birini təşkil edir.  Prezident İlham Əliyevin milli mədəniyyət, milli dəyərlərə bağlı siyasətinin təkcə ənənəvi mədəniyyət təzahürlərinin konservasiyası, qorunması və dünyaya tanıdılması məqsədi daşımadığını qeyd edən Seyfəddin Əliyev bildirib ki, dövlətimizin başçısı üçün milli-mədəni irs, milli folklor həm də milli düşüncəli, milli hissiyyatlı gənc nəslin yetişməsində mühüm rol oynayan, heç nə ilə əvəz edilə bilməyən bir məxəzdir. Milli ruhlu və sağlam əqidəli gənclik isə Azərbaycan dövlətinin gələcək mövcudluğunun qarantıdır. Prezident gənclərlə görüşündə gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasına dövlətin xüsusi diqqət yetirdiyini dəfələrlə vurğulayıb.

Tədbirdə  Masallı Dövlət Regional Kollecin əməkdaşı Humay Əliyeva , Masallı rayon Statistika İdarəsinin məsləhətçisi Babək Abdullayev və  Masallı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi  Elanora Babayeva  Heydər Əliyevin milli ideyaları , qədim milli düşüncəmizin var olduğu adət ənənələrimizin yaşaması, qorunması, gələcək nəslə ötürülməsi məsələlərinin vacibliyi prioretini məqsəd olaraq qarşıya qoyması, Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirməsi, bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirməsindən danışdılar. Çıxışçılar Azərbaycan gəncinin  bu gün 90-cı illərin çətinliklərini geridə qoymuş Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaradan Ulu öndər  Heydər Əliyevin milli və mənəvi ideoloqiyasından bəhrələnərək  hər birimizin  hər şeydən əvvəl öz xalqının mənəvi sərvətlərinə sahib çıxmalı, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli-mənəvi dəyərlərini qorumalıdır.